Dünyada koronavirusa yoluxanların sayı 37 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 37 milyonu ötdü Dünyada koronavirusa yoluxanların sayı 37 109 851 nəfər təşkil edir.
Sağlamlıq
12 Oktyabr , 2020 00:18
Dünyada koronavirusa yoluxanların sayı 37 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 37 109 851 nəfər təşkil edir.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, pandemiyanın ilk günündən bu günə kimi dünyada COVID-19-dan 1 070 355 pasiyent ölüb.

ÜST bildirib ki, ötən gün dünyada koronavirusa 347 526 yoluxma aşkarlanıb. Bir gün əvvəl bu göstərici 383 359 təşkil edib və pandemiyanın başlanğıcından rekord rəqəm sayılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi