Dünyada koronavirusa yoluxanların sayı 366 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 366 milyonu ötüb Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 366 249 339 nəfərə çatıb.
Sağlamlıq
136
28 Yanvar , 2022 10:52
Dünyada koronavirusa yoluxanların sayı 366 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 366 249 339 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 637 611 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 73 427 335 nəfərə çatıb, 878 421 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 40 622 709nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 492 327 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 24 789 795 nəfər virusa yoluxub, onlardan 625 390 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi