Dünyada koronavirusa yoluxanların sayı 355 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı 355 milyona yaxınlaşır Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 354 788 076 nəfərə çatıb.
Sağlamlıq
25 Yanvar , 2022 10:45
Dünyada koronavirusa yoluxanların sayı 355 milyona yaxınlaşır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 354 788 076 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 604 501 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 71 709 180 nəfərə çatıb, 868 512 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 39 578 547 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 489 937 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 24 142 032 nəfər virusa yoluxub, onlardan 623 636 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi