Dünyada koronavirusa yoluxanların sayı 270 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 270 milyonu ötüb Dünyada koronavirusa yoluxma hallarının sayı 270 milyonu, ölənlərin sayı isə 5,31 milyonu ötüb.
Sağlamlıq
6104
15 Dekabr , 2021 00:37
Dünyada koronavirusa yoluxanların sayı 270 milyonu ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 270 milyonu, ölənlərin sayı isə 5,31 milyonu ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Koronavirusun yayılmağa başlamasından indiyədək dünyada 270 031 622 yoluxma və 5 310 502 ölüm halı qeydə alınıb.

Gün ərzində yoluxanların sayı 395 564 nəfər, ölənlərin sayı 5 312 nəfər olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 49 629 855. Ondan sonra Hindistan (34 703 644), Braziliya (22 167 781), Böyük Britaniya (10 873 472), Rusiya (10 milyon) gəlir.

Ölənlərin sayı ən çox ABŞ-dadır - 790 920, ikinci sırada Braziliya (616 251), üçüncü yerdə Hindistan (475 888) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi