Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu keçib Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 210,4 milyonu ötüb.
Sağlamlıq
19 Avqust , 2021 04:28
Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu keçib

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 210,4 milyonu ötüb.

“Report” “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada COVID-19-a 210 042 526 yoluxma aşkarlanıb.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 403 913 nəfərə çatıb. Virusa yoluxan 188 174 698 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi