Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bütün vaxtı ərzində dünyada koronavirusa yoluxma ilə bağlı son məlumatları açıqlayıb.
Sağlamlıq
347
29 İyun , 2021 08:56
Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bütün vaxtı ərzində dünyada koronavirusa yoluxma ilə bağlı son məlumatları açıqlayıb.

“Report” ÜST-ə istinadən xəbər verir ki, bu müddət ərzində dünyada koronavirusa 180 milyondan çox yoluxma halı qeydə alınıb.

Məlumata görə, COVID-19-a ümumilikdə 180 817 269 yoluxma haqlı təsdiq edilib, koronavirusdan 3 923 238 ölüm qeydə alınıb.

Ötən gün ərzində COVID-19-a 325 138 yeni yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi