Dünyada koronavirusa yoluxanların sayı 163 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 163 milyonu ötdü Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Sağlamlıq
16 May , 2021 02:30
Dünyada koronavirusa yoluxanların sayı 163 milyonu ötdü

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir. Belə ki, mayın 16-da təhlükəli infeksiyaya yoluxma hallarının sayı 163 082 872 təşkil edib.

Təhlükəli virusun yaratdığı fəsadlar nəticəsində dünyasını dəyişənlərin sayı 3 381 218 nəfərə çatıb. Son məlumata görə, 141 354 852 şəxsin müalicəsi müsbət nəticələnib.

Koronavirusa ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 33 686 664 nəfərdə virus aşkarlanıb.

Siyahıda sonrakı yerdə Hindistan (24 679 908 yoluxma), Braziliya (15 521 313), Fransa (5 863 839) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi