Bakı 9 fevral. REPORT.AZ/ Dünyada hər 6 saniyədə bir, ildə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu 9 Fevral - "Dünya siqaretdən imtina günü" münasibətilə Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.
ÜST siqaretdən istifdənin azaldılmayacağı təqdirdə bu sayın 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.
Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliya var. Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır.