Dünyada hər əlli nəfərdən biri koronavirusa yoluxub

Dünyada hər əlli nəfərdən biri koronavirusa yoluxub Dünyada koronavirusa yoluxanların ümumi sayı 155,9 milyon nəfəri ötüb
Sağlamlıq
7 May , 2021 00:38
Dünyada hər əlli nəfərdən biri koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların ümumi sayı 155,9 milyon nəfəri ötüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, dünyada virusa yoluxanlar planet əhalisinin 2%-dən çoxunu təşkil edir.

Pandemiya ərzində dünyada koronavirusa ümumilikdə 155,9 milyondan çox yoluxma qeydə alınıb. Yoluxma sayının yarısı beş ölkənin ABŞ-ın (32,7 milyon yoluxma), Hindistanın (21,5 milyon), Braziliyanın (15 milyon), Fransanın (5,8 milyon) və Türkiyənin (5 milyon) payına düşür.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi