Dünya Səhiyyə Təşkilatı: Koronavirusun təsir gücü dəyişməyib

Dünya Səhiyyə Təşkilatı: Koronavirusun təsir gücü dəyişməyib COVID-19 virusunun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir.
Sağlamlıq
623
10 İyul , 2020 12:58
Dünya Səhiyyə Təşkilatı: Koronavirusun təsir gücü dəyişməyib
0 : 00
0 : 00

"COVID-19 virusunun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

“Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir”, – o deyib.

Onun sözlərinə görə, virusun genetik cəhətdən müxtəlif olması elə bir əhəmiyyət daşımır, çünki virusun davranışını müəyyənləşdirən əsas genlərdə dəyişiklik yoxdur.