Dövriyyəsi qadağan edilən dərmanların siyahısında Azərbaycanda istehsal olunan 2 preparat yer alıb

Dövriyyəsi qadağan edilən dərmanların siyahısında Azərbaycanda istehsal olunan 2 preparat yer alıb Həmin dərmanlar "Bakıkimyaəczasənaye" ASC-də istehsal olunan preparatlardır
Sağlamlıq
4 Yanvar , 2016 11:22
Dövriyyəsi qadağan edilən dərmanların siyahısında Azərbaycanda istehsal olunan 2 preparat yer alıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanda dövriyyəsi qadağan edilən dərman siyahısında ölkədə istehsal olunan 2 preparat yer alıb. "Report" xəbər verir ki, həmin dərmanlar "Bakıkimyaəczasənaye" ASC-də istehsal olunan Vişnevski mazı və 0,5%-lik novokain iynəsidir.

Bundan başqa, müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsi qadağan edilib. Həmin dərmanlar arasında Türkiyə (379) və Rusiya (178) istehsalı olan dərmanlar üstünlük təşkil edir. Sonrakı yerləri Hindistan, Rumıniya, Danimarka, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və digər ölkələrin istehsalı olan dərmanlar tutur. 

Son xəbərlər

Orphus sistemi