Ramin Bayramlı və Zaur Əliyev COVID-19 peyvəndinin ikinci dozasını vurdurub - YENİLƏNİB

Ramin Bayramlı və Zaur Əliyev COVID-19 peyvəndinin ikinci dozasını vurdurub - YENİLƏNİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev koronavirus əleyhinə peyvəndin ikinci dozasını vurdurub
Sağlamlıq
267
16 Fevral , 2021 11:40
Ramin Bayramlı və Zaur Əliyev COVID-19 peyvəndinin ikinci dozasını vurdurub - YENİLƏNİB
Ramin Bayramlı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurub.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.

Xatırladaq ki, R.Bayramlı ilk dozanı yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.

11:13

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev koronavirus əleyhinə peyvəndin ikinci dozasını vurdurub.

Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Z.Əliyev ötən gün ikinci dozanı M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında qəbul edib.

Qeyd olunub ki, agentlik sədri peyvənd olunduqdan sonra 20 dəqiqə gözləyib və sonra işə qayıdıb: “Sədr peyvənddən sonra özünü yaxşı hiss edir və hazırda işinin başındadır”.

Xatırladaq ki, Z.Əliyev vaksinin ilk dozasını yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.

Son xəbərlər

Orphus sistemi