Donmuş ərzaqda koronavirusun qalıb-qalmadığı bəlli oldu

Donmuş ərzaqda koronavirusun qalıb-qalmadığı bəlli oldu Koronavirus dondurulmuş ərzaq məhsullarında ən azı üç həftə qala bilər.
Sağlamlıq
20 Avqust , 2020 16:18
Donmuş ərzaqda koronavirusun qalıb-qalmadığı bəlli oldu

Koronavirus dondurulmuş ərzaq məhsullarında ən azı üç həftə qala bilər.

“Report” xəbər verir ki, bu barədə Sinqapur tədqiqatçılarının “Biorxix.org” elmi saytında dərc etdikləri məqalədə bildirilir.

Məqalə müəlliflərinə görə, SARS-CoV-2 virusu beynəlxalq ərzaq ticarəti qaydalarının təsbit etdiyi daşıma şərtləri çərçivəsində hərarətə tab gətirə bilir. Belə ki, standart soyutma hərarəti olan müsbət 4 dərəcədə, yaxud standart dondurulma hərarəti olan mənfi 20 dərəcədə toyuq, qəzəlbalıq, donuz ətinə virus qatıldıqdan 21 gün sonra (standart daşıma müddəti) virusun yoluxma qabiliyyətinin zəifləməsi qeydə alınmayıb.

Müəlliflərin qənaətincə, koronavirusa ərzaqdan yoluxma ehtimalına qarşı tədbirlər qida sənayesində təmizlikdən başlamalıdır. O cümlədən ərzaqla təmasda olan səthlər, ləvazimat və avadanlığın təmizliyinə xüsusi diqqət yetirilməli, işçilər tez-tez əllərini yumalıdırlar.

Xatırladaq ki, bu yaxınlarda Çinə Braziliyadan idxal edilən dondurulmuş toyuq qanadlarında, Ekvadordan gətirilən karidesin paketi üzərində koronavirus tapılmışdı.

Son xəbərlər

Orphus sistemi