Direktor: "Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir"

Direktor: "Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir" "Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir".
Sağlamlıq
1 Dekabr , 2021 16:38
Direktor: Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir

"Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, il ərzində müxtəlif kəskin fərq etməyən rəqəmlər qeydə alınır: "Bu epidemioloji sıçrayışlar deyil. Rəqəmlər stabildir".

“Azərbaycanda bu günə qədər 7 867 İİV-lə yaşayan şəxslərdən 25-49 yaş arasında olanları təxminən 78 % təşkil edir. 17 yaşa qədər uşaqların göstəricisi isə 2 %-ə qədərdir. Terapiyaya cəlb olunan hamilələr 98 % halda sağlam övlad dünyaya gətirir", - F.Məmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi