Direktor müavini: "Bakıda keçirilən beynəlxalq tədbirlərdə tropik ölkələrdən gələn əcnəbilərdə malyariya qeydə alınır"

Direktor müavini: "Bakıda keçirilən beynəlxalq tədbirlərdə tropik ölkələrdən gələn əcnəbilərdə malyariya qeydə alınır" Hazırda Azərbaycanda malyariya ilə bağlı yerli yayılma halları yoxdur
Sağlamlıq
12 May , 2016 11:55
Direktor müavini: Bakıda keçirilən beynəlxalq tədbirlərdə tropik ölkələrdən gələn əcnəbilərdə malyariya qeydə alınır

Bakı. 12 may. REPORT.AZ/ "Azərbaycanda 2013-cü ildən malyariya ləğv olunub, yəni bu gün üçün ölkədə bu xəstəliklə bağlı yerli yayılma halları yoxdur. Lakin hər il Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə tropik ölkələrdən, xüsusilə də Afrikadan gələn şəxslərdə 1-2 fakt qeydə alınır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edən Benin Respublikasının vətəndaşında belə hal qeydə alınmışdı: "Həmin şəxs yüksək hərarətlə təcili yardıma müraciət edib. O, Kliniki Tibbi Mərkəzdə müayinə edilib, qanından analizlər götürülüb. Müayinələr zamanı həmin şəxsdə tropik malyariya xəstəliyi aşkarlanıb. Malyariyanın bu növü Azərbaycanda qeydə alınmayıb. Malyariyanın bu növü tez müalicə olunandır. Xəstəlik vaxtında aşkarlanıbsa, üç gün müalicə olunandan sonra xəstə tam sağalır. Benin vətəndaşı da bizdə müalicə olunub ölkəsinə yola salındı".

Son xəbərlər

Orphus sistemi