“Diqlas” Ticarət Mərkəzindəki yanğında xəsarət alan şəxs evə buraxılıb

“Diqlas” Ticarət Mərkəzindəki yanğında xəsarət alan şəxs evə buraxılıb “Diqlas” Ticarət Mərkəzində martın 26-da baş verən yanğın zamanı xəsarət alaraq 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı evə buraxılıb.
Sağlamlıq
27 Mart , 2019 09:58
“Diqlas” Ticarət Mərkəzindəki yanğında xəsarət alan şəxs evə buraxılıb
Report
0 : 00
0 : 00

“Diqlas” Ticarət Mərkəzində martın 26-da baş verən yanğın zamanı xəsarət alaraq 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı evə buraxılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əlindən xəsarət alan yaralıya tibbi yardım göstərilib. 

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 12 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi