Deputat: "Türkiyənin məşhur “LIV Medical Group” tibb şəbəkəsinin Azərbaycana gəlməsi təqdirəlayiqdir"

Deputat: "Türkiyənin məşhur “LIV Medical Group” tibb şəbəkəsinin Azərbaycana gəlməsi təqdirəlayiqdir" "Türkiyənin məşhur “LIV Medical Group” tibb şəbəkəsinin Azərbaycana gəlməsi çox təqdirəlayiq haldır".
Sağlamlıq
29 İyun , 2022 14:46
Deputat: Türkiyənin məşhur “LIV Medical Group” tibb şəbəkəsinin Azərbaycana gəlməsi təqdirəlayiqdir

"Türkiyənin məşhur “LIV Medical Group” tibb şəbəkəsinin Azərbaycana gəlməsi çox təqdirəlayiq haldır".

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, tanınmış cərrah Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, tibb şəbəkəsinin Azərbaycana gəlməsi ölkədəki səhiyyə islahatlarına təkan verəcək: “Çünki dünya və qardaş Türkiyənin səhiyyə tarixinin təcrübəsinə baxdığımız zaman bu, həm özəl, həm də dövlət xəstəxanaları üçün həvəs qaynağı olur. Dövlət tibb müəssisələri özəl klinikalarda həyata keçirilən yenilənmələrin sürətinə uyğunlaşaraq, daha tez inkişaf edərək ölkədəki səhiyyə xidmətinin səviyyəsini artırmağa nail olurlar. Mən həm həkim, həm də deputat kimi bu addımı yüksək qiymətləndirirəm. “LIV Medical Group” tibb şəbəkəsinin beynəlxalq səviyyədəki təcrübəsinin Azərbaycana gəlməsi müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçün yeni imkanlar yaradır. Bu addım eləcə də Azərbaycan səhiyyəsinə təkan mənasına gəlir”.

Deputat bildirib ki, beynəlxalq səviyyədə tanınan tibb şəbəkəsinin Azərbaycana gəlməsi gələcəkdə Avropada və dünyada tanınmış digər xəstəxana şəbəkələrinin ölkəmizdə işləməyə maraq göstərməsinə səbəb olacaq: “Bütün bunların nəticəsində Azərbaycan səhiyyəsinin daha da inkişaf etməsinə nail olmaq mümkün olacaq".

Qeyd edək ki, Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin bütün dünyada tanınan “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, Bona Dea Beynəlxalq Xəstəxanasının idarəetməsində Türkiyənin dünya şöhrətli şəbəkəsi də iştirak edəcək.

Müqavilənin bağlanmasında məqsəd iki ölkənin qabaqcıl tibb qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın Bona Dea Beynəlxalq Xəstəxanası vasitəsilə Azərbaycanda da tətbiqinə zəmin yaratmaqdır. Xəstəxana artıq daha peşəkar tibbi personal və Avropa standartlarına cavab verən heyət ilə xəstələrin xidmətində olacaq.

Son xəbərlər

Orphus sistemi