Daun sindromlu uşaqları ana bətnində müəyyən edən test üsulu icad olunub

Daun sindromlu uşaqları ana bətnində müəyyən edən test üsulu icad olunub Elm adamları hamiləliyin 10-14-cü həftəsində olan 16 min qadından qan analizi götürüb
Sağlamlıq
2 Aprel , 2015 19:23
Daun sindromlu uşaqları ana bətnində müəyyən edən test üsulu icad olunub

Bakı. 2 aprel. REPORT.AZ/ DNT testi Daun sindromlu uşaqların aşkara çıxarılmasında ən tutarlı vasitədir. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, amerikalı alimlər bununla bağlı apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Araşdırmalar zamanı ananın qanından götürülən DNT testi nəticəsində bətindəki dölün Daun sindromlu olub-olmadığı müəyyənləşir. Elm adamları hamiləliyin 10-14-cü həftəsində olan 16 min qadından qan analizi götürüb. Test üsulu sayəsində bu xəstəlik 38 dölün hamısında, adi standart testlərdə isə 38 dölün 30-da müəyyən olunub. Müsbət nəticələr həmçinin yeni doğulan körpələrdə aparılan genetik təhlillərdə də təsdiqlənib.

Araşdırmanın nəticələri Amerikanın "New England Journal of Medicine" jurnalında dərc olunub.

Qeyd edək ki, standart testlərdə dölün boyun qalınlığı ölçülür, ya da bəzi biokimyəvi testlər aparılır.

Son xəbərlər

Orphus sistemi