Daha iki rayonda xüsusi karantin rejimi sərtləşdirildi

Daha iki rayonda xüsusi karantin rejimi sərtləşdirildi Goranboy və Göygöl rayonları xüsusi karantin rejiminin sərtləşdirildiyi rayonlar sırasına daxil edilib.
Sağlamlıq
4508
8 İyul , 2020 19:48
Daha iki rayonda xüsusi karantin rejimi sərtləşdirildi
0 : 00
0 : 00

Goranboy və Göygöl rayonları xüsusi karantin rejiminin sərtləşdirildiyi rayonlar sırasına daxil edilib.

"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejimini sərtləşdirilib.

Daha öncəki qərara əsasən, sərt karantin yalnız Goranboy və Göygöl şəhərlərinə aid idi. Bu gün verilən qərara əsasən isə, sərtləşdirilmiş xüsusi karantin rejimi hər iki rayonun bütün ərazisinə aid olub.

Qeyd edək ki, qeyd olunan şəhər və rayonlarda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Son xəbərlər

Orphus sistemi