Azərbaycanda daha 3 469 yoluxma faktı qeydə alınıb, 30 nəfər vəfat edib

Azərbaycanda daha 3 469 yoluxma faktı qeydə alınıb, 30 nəfər vəfat edib Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3469 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
25 Noyabr , 2020 18:58
Azərbaycanda daha 3 469 yoluxma faktı qeydə alınıb, 30 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına daha 3 469 yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib. Aktiv xəstə sayı 34 209 nəfərdir.

Ötən müddət ərzində 1 646 654 test aparılıb. Bugünkü test sayı isə 15 057-dir.

Son xəbərlər

Orphus sistemi