COVID-19-un müalicəsi üçün antibiotiklərdən istifadə etmək olarmı?

COVID-19-un müalicəsi üçün antibiotiklərdən istifadə etmək olarmı? Koronavirus pandemiyasının (COVID-19) profilaktikası və müalicəsi üçün antibiotiklər effektiv sayılmır.
Sağlamlıq
7 Aprel , 2020 14:35
COVID-19-un müalicəsi üçün antibiotiklərdən istifadə etmək olarmı?

Koronavirus pandemiyasının (COVID-19) profilaktikası və müalicəsi üçün antibiotiklər effektiv sayılmır.

"Report" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir:

"COVID‑19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir. Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir".

Son xəbərlər

Orphus sistemi