COVID-19 testini telefonla keçmək mümkün olacaq

COVID-19 testini telefonla keçmək mümkün olacaq Fransanın Lill Universitetinin mütəxəssisləri mobil telefon vasitəsilə koronavirus testindən keçmək imkanı yaradan cihaz hazırlayıblar
Sağlamlıq
218
9 Fevral , 2021 14:42
COVID-19 testini telefonla keçmək mümkün olacaq

Fransanın Lill Universitetinin mütəxəssisləri mobil telefon vasitəsilə koronavirus testindən keçmək imkanı yaradan cihaz hazırlayıblar.

“Report” “BFM”ə istinadən xəbər verir ki, zahirən flashcarda bənzəyən yeni cihaz telefona taxılandan sonra üzərinə yerləşdirilən birdəfəlik test zolağına burundan götürülən mayenin bir neçə damlası çəkilir.

Tədqiqatın rəhbəri professor Sabin Szünerits adi tüpürcəklə testdən keçməyin mümkün olacağı cihaz üzərində çalışdıqlarını bildirib.

Onun sözlərinə görə, koronavirusun ətrafındakı spayk proteinlər cihazdakı elektrik sahəyə təsir edərək elektrik siqnalının gücünü dəyişdirir.

Yeni cihaz 10 dəqiqə ərzində nəticəni göstərir və 90 faizlik səmərəyə malikdir. Testin nəticəsi qrafik və rəqəmlərlə birgə telefonun ekranına gəlir.

Hazırda müəlliflər tam klinik sınaqlardan keçmiş yeni cihazın istehsalı üçün sponsor axtarırlar.

Son xəbərlər

Orphus sistemi