COVID-19-dan ölüm riskini ikiqat artıran amil müəyyənləşib

COVID-19-dan ölüm riskini ikiqat artıran amil müəyyənləşib Hamilə qadınlar digər qadın pasiyentlərə nisbətən daha çox koronavirusdan ölürlər.
Sağlamlıq
2048
3 Noyabr , 2020 10:43
COVID-19-dan ölüm riskini ikiqat artıran amil müəyyənləşib
0 : 00
0 : 00

Hamilə qadınlar digər qadın pasiyentlərə nisbətən daha çox koronavirusdan ölürlər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatları göstərir.

Nəticələr 22 yanvar - 3 oktyabr arasında toplanan statistik məlumatlara əsaslanır.

“The Washigton Post” qəzetinin yazdığına görə, COVID-19 xəstəsi olan 19 mindən çox hamilə qadından 33-ü ölüb, bu kateqoriyada ölüm dərəcəsi 0,2% təşkil edib. Hamilə olmayan qadınlar arasında bu rəqəm iki dəfə azdır.

Mərkəzdə belə düşünürlər ki, yüksək ölüm riski hamiləlik dövründə baş verən fiziki dəyişikliklərlə - ürək döyüntülərinin artması, oksigen istehlakı, ağciyərlərin tutumunun azalması, orqanizmin immunitet sistemində gedən dəyişikliklər və s. ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi