COVID-19-a qarşı peyvənd olunan deputat vətəndaşları vaksinasiyaya qoşulmağa çağırıb

COVID-19-a qarşı peyvənd olunan deputat vətəndaşları vaksinasiyaya qoşulmağa çağırıb "Hazırda özümü yaxşı hiss edirəm"
Sağlamlıq
106
11 Fevral , 2021 17:02
COVID-19-a qarşı peyvənd olunan deputat vətəndaşları vaksinasiyaya qoşulmağa çağırıb

“Bir neçə gün bundan öncə könüllü şəkildə qeydiyyatda olduğum poliklinikaya gedərək COVID-19-a qarşı peyvənd olunmuşam. İndiyədək peyvəndin hər hansı bir əks-təsiri olmayıb. Hazırda özümü yaxşı hiss edirəm. Əhval-ruhiyyəm də yaxşıdır. Martın 6-da isə ikinci doza peyvəndi qəbul edəcəyəm”.

Bunu “Report”a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat vətəndaşları da peyvənd olunmağa çağırıb: “Tövsiyə edirəm ki, bu başa bəla pandemiyadan qorunmaq üçün vətəndaşlarımız heç bir tərəddüd etmədən, çəkinmədən peyvənd olunsunlar. Həm də həkimlərin tövsiyələrinə əməl etsinlər. Həmçinin vətəndaşlarımız birinci doza peyvəndlə ikinci doza peyvənd arasındakı üç şərtə də əməl etsinlər. Yəni tibbi maskadan istifadə, sosial məsafə və gigiena qaydalarına əməl edilməlidir. Belə olarsa, biz ən çətin məqamlara qalib gələn xalq kimi pandemiya ilə də az itki verməklə vidalaşmalı olacağıq. Çəkinməyin! Təklif edirəm ki, hər kəs könüllü şəkildə COVID-19-a qarşı peyvənd olunmaq kampaniyasına qoşulsun. Birmənalı şəkildə qeyd edirəm ki, peyəndin hər hansı əks-təsiri yoxdur”.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Fevralın 8-dən etibarən isə Azərbaycanda yaşı 65-dən yuxarı olan şəxslərin peyvəndlənməsinə başlanılıb.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Son xəbərlər

Orphus sistemi