Çin COVID-19-un mənbəyini tapmaq üçün ABŞ-ın laboratoriyasının tədqiqatına çağırıb

Çin COVID-19-un mənbəyini tapmaq üçün ABŞ-ın laboratoriyasının tədqiqatına çağırıb Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) yeni COVID-19 infeksiyasının mənbəyinin müəyyənləşdirilməsi üçün ekspertləri ABŞ-ın Merilend ştatındakı Fort-Detrik laboratoriyasına dəvət etməyə çağırıb.
Sağlamlıq
28 İyul , 2021 03:05
Çin COVID-19-un mənbəyini tapmaq üçün ABŞ-ın laboratoriyasının tədqiqatına çağırıb

Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) COVID-19 infeksiyasının mənbəyinin müəyyənləşdirilməsi üçün ekspertləri ABŞ-ın Merilend ştatındakı Fort-Detrik laboratoriyasına dəvət etməyə çağırıb.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, belə çağırışla Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan çıxış edib.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələdə şəffaf və məsuliyyətli mövqe tutmalı, COVID-19 mənbəyini müəyyənləşdirməyə imkan vermək üçün ÜST-ün ekspertlərini Fort-Detrik laboratoriyasına dəvət etməlidir. Həmin laboratoriya ABŞ-ın 1943-1969-cu illərdə bioloji silah üzrə proqramının mərkəzi olub.

O, qeyd edib ki, ABŞ COVID-19-a ən çox yoluxmanın olduğu ölkədir.

"Əgər laboratoriyalar barəsində araşdırma aparmaq lazımdırsa, ÜST (ekspertlər-red) Fort-Detrikə yola düşməlidir", - Çjao Liszyan deyib.

Qeyd edək ki, Çin ÜST-ün koronavirusun mənşəyinin araşdırılmasının ikinci mərhələsinə qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi