Çin COVID-19 əleyhinə sprey-vaksini bazara 2-3 ildən sonra çıxaracaq

Çin COVID-19 əleyhinə sprey-vaksini bazara 2-3 ildən sonra çıxaracaq Çinli mütəxəssislər altı aylıq körpələr üçün belə uyğun olacaq məhsul hazırlamağa çalışırlar
Sağlamlıq
24 Aprel , 2021 13:04
Çin COVID-19 əleyhinə sprey-vaksini bazara 2-3 ildən sonra çıxaracaq

Honkonq Universiteti tərəfindən nazal aerozolu (buruna sprey vurulması) formasında hazırlanan koronavirusa qarşı vaskin yalnız iki-üç ildən sonra istehlakçılar üçün əlçatan olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, preparat hələ ki klinik sınaqların ilk mərhələsindədir. “Sınaqlardan 10-dan çox adam iştirak edib. Bu vaksinin son dərəcə təhlükəsiz olduğunu görür və yaranan antikorların səviyyəsini izləyirik”, - tədqiqat qrupunun üzvü, professor İvan Hunq Fan-nqay bildirib.

Bu vaksinin hətta uşaqlar üçün istifadə edilməsinə də icazə veriləcəyi gözlənilir: çinli mütəxəssislər altı aylıq körpələr üçün belə uyğun olacaq məhsul hazırlamağa çalışırlar. Bundan əlavə, mövcud təsirsiz hala gətirilmiş inyeksiyalardan fərqli olaraq, bu vaksindən iki yox, bir doza qəbul etmək kafi olacaq.

Qəzetin yazdığına görə, belə preparatın ən ciddi yan təsiri qısamüddətli yüngül baş ağrısı və burnun dolması olacaq.

Qeyd edək ki, analoji məhsulların hazırlanması üzərində Honkonqdan başqa, Avstraliya və Finlandiyada da mütəxəssislər çalışırlar.

Son xəbərlər

Orphus sistemi