Çimnaz Namazovanın “Sağlamlığın sirri” adlı yeni kitabı işıq üzü görüb

Çimnaz Namazovanın “Sağlamlığın sirri” adlı yeni kitabı işıq üzü görüb Kitabda itirilmiş sağlamlığın yenidən qaytarılmasının hansı təbii üsullarla mümkün olduğu yolları göstərilib
Sağlamlıq
163
6 İyul , 2017 19:30
Çimnaz Namazovanın “Sağlamlığın sirri” adlı yeni kitabı işıq üzü görüb

Bakı. 6 iyul. REPORT.AZ/ Biologiya üzrə fəlsəfə doktoru, dosent Çimnaz Namazovanın yeni kitabı işıq görüb. 

“Report”un məlumatına görə, “Sağlamlığın sirri” adlı topluda müxtəlif xəstəliklərin meydana çıxana qədərki mərhələdə xəstəliyin yaranmasına səbəb lazımsız maddələrin olduğu və onların vaxtında orqanizmdən çıxarılaraq xəstəliyin qarşısının alınması yolları göstərilib.

"Elm və təhsil" nəşriyyatında çap olunan kitabın adının “Sağlamlığın sirri” qoyulmasında məqsəd itirilmiş sağlamlığın yenidən qaytarılmasının hansı təbii üsullarla mümkün olduğu yolları göstərilib. Kitabda sağlamlıq haqqında ümumi məlumat verilir, gərginliyin yaratdığı fəsadlar, orqanizmin çirklənmə səbəbləri, şlakların orqanizmdən çıxarılmasının xəstəliyə müsbət təsiri, aclıq metodunun qaraciyərin təmizlənməsində əhəmiyyəti, daxili təmizlənmənin üstünlükləri, xəstəliyin və qocalmanın əmələ gəlməsində artıq qidalanmanın mənfi təsiri, qida keyfiyyətinin sağlamlıqda rolu, sağlamlığın bərpasında mənəvi təmizlənmənin rolu göstərilib.

Müəllif Çimnaz Namazova ön sözündə oxucular üçün böyük maraq doğuracaq kitabla bağlı fikrini belə açıqlayıb: "Məqsədim insanların diqqətini xüsusilə bir orqana cəmləməkdir. Düzdür, sağlamlığı bərpa etmək üçün bütün orqanların öz funksiyası var. Lakin ən çox infeksiya, mikrob, bakteriya, parazit ocağı olan bağırsaqları təmizləmədən, onları şlaklardan azad etmədən heç bir sağlamlıqdan söhbət gedə bilməz. Sağalma ehtimalı müvəqqəti yaransa da çox davamlı ola bilmir, çünki bağırsaqlar elə bir yerdə yerləşmişdir ki, birbaşa ora hər hansı tibbi yolla müdaxilə etmək çətin olur. Onların malekulyar səviyyədə təmizlənməsi yalnız aclıq metodu vasitəsilə mümkün olur."

Qeyd edək ki, bu, müəllifin sayca üçüncü kitabıdır. 

Son xəbərlər

Orphus sistemi