Cəlilabad rayonunda qanvermə aksiyası keçirilib

Cəlilabad rayonunda qanvermə aksiyası keçirilib Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) qanvermə aksiyası keçirilib.
Sağlamlıq
10 Mart , 2022 19:46
Cəlilabad rayonunda qanvermə aksiyası keçirilib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) qanvermə aksiyası keçirilib.

Bu barədə "Report"un Muğan bürosuna Xəstəxananın direktoru Elnur Azadxanov məlumat verib.

O bildirib ki, aksiya Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun dəstəyi ilə "Talassemiyasız həyat naminə" proqramına uyğun olaraq baş tutub. "Qanvermə aksiyası Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun nəzdində Mərkəzi Qan Bankının bigə təşkilatçılığı ilə reallaşdırılıb. Talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə təşkil olunan aksiyada Cəlilabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri könüllü iştirak ediblər".

Qeyd edək ki, qanvermə aksiyası səhər saatlarından başlayıb və xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Son xəbərlər

Orphus sistemi