Hansı insanlar koronavirusu ağır keçirirlər

Hansı insanlar koronavirusu ağır keçirirlər Yaşlı, həmçinin artıq çəkili insanlar COVID-19-u ağır keçirən risk qrupuna daxildirlər.
Sağlamlıq
5756
20 Dekabr , 2020 08:17
Hansı insanlar koronavirusu ağır keçirirlər

Yaşlı, həmçinin artıq çəkili insanlar COVID-19-u ağır keçirən risk qrupuna daxildirlər.

“Report” xəbər verir ki, bu barədə Sputnik” radiosuna damar cərrahı Amiran Demurov bildirib.

Mütəxəssisin sözlərinə görə, eyni zamanda diabetdən və başqa xroniki xəstəliklərdən əziyyət çəkən insanlar koronavirus xəstəliyini ağır keçirirlər.

"Əgər kimdəsə artıq trombla yaradılmış insult və ya infarkt olubsa, onda koronavirusa görə yeni şansı yuxarıdır. Bir qayda olaraq, əgər insanda trombun formalaşmasına meyl varsa, onda koronavirus infeksiyasının yüngül forması olmayacaq", - o deyib.

O, özünümüalicə ilə məşğul olmamağa və həkimin göstərişi olmadan qanı duruldan preparatları qəbul etməməyə çağırıb. Mütəxəssisin sözlərinə görə, belə dərmanların nəzarətsiz qəbulu əlavə təsir təhlükəsi yaradır.

Son xəbərlər

Orphus sistemi