Bu insanlar ətrafdakıları qınamağa meyillidirlər

Bu insanlar ətrafdakıları qınamağa meyillidirlər Özünü hər hansısa qrupa aid edən insanlar digərlərini mühakimə etməyə meyillidirlər. Bu xüsusilə söhbət siyasi baxışlardan gedərkən özünü göstərir. Hətta qrupun rəyi ilə razılaşan, lakin ona daxil olmayanlar da qınana bilər
Sağlamlıq
19 Avqust , 2020 20:30
Bu insanlar ətrafdakıları qınamağa meyillidirlər

Özünü hər hansısa qrupa aid edən insanlar digərlərini mühakimə etməyə meyillidirlər. Bu xüsusilə söhbət siyasi baxışlardan gedərkən özünü göstərir. Hətta qrupun rəyi ilə razılaşan, lakin ona daxil olmayanlar da qınana bilər.

“Report” PNAS jurnalına istinadən xəbər verir ki, bu qənaətə ABŞ-ın Dük Universitetinin alimləri gəlib.

Araşdırmada iki qrupa bölünmüş ümumilikdə 141 könüllü iştirak edib. Birinci təcrübədə bölünmə siyasi baxışlara uyğun olaraq aparılıb. İkincidə bu, neytral xüsusiyyətlər, məsələn, şeir və ya rəsm zövqü əsasında aparılıb. Üçüncü eksperimentdə isə onları təsadüfi şəkildə bölüblər.

Keçirilən hər testdən sonra təcrübə iştirakçılarından öz qrupu və ya qrupdankənar kiməsə pul ayırmaq istənilib. Məlub olub ki, kəskin ifadə olunmuş siyasi baxışlara malik insanlar özünü onların qrupundan saymayanlara qarşı qərəzli olublar. Bu onların düşüncələri arasında fərq olmadığı halda belə baş verib.

“Müəyyən siyasi baxışlara malik insanlarla özünü heç birinə aid etməyənlər arasında açıq fərq var. Həm onlar, həm digələrində oxşar mövqelər ola bilər, lakin hər şeyi qrupa aid olma həll edir”, - araşdırmanın həmmüəlifi Skott Hüttel vurğulayıb.

Araşdırma əsnasında alimlər bir başqa qanunauyğunluğu da müəyyənləşdiriblər. Belə ki, heç bir qrupa aid olmasını istəməyən şəxslər daha tez qərar verirdilər. Bəlkə də, bu, başqalarının fikirlərinə az əhəmiyyət vermələri ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi