Bu ilin səkkiz ayında 51 üçəm doğulub

Bu ilin səkkiz ayında 51 üçəm doğulub Körpələrin 1872-si əkizdir
Sağlamlıq
17 Oktyabr , 2016 17:28
Bu ilin səkkiz ayında 51 üçəm doğulub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən verilən rəqəmə görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1872-si əkiz, 51-i isə üçəm doğulub.

Bundan başqa, bu ilin yanvar-avqust ayları ərzində ölkədə 37,8 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Son xəbərlər

Orphus sistemi