Bu il Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub

Bu il Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk iki ayı ərzində ölkədə 20 984 doğulan körpə qeydə alınıb
Sağlamlıq
14 Aprel , 2021 14:48
Bu il Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk iki ayı ərzində ölkədə 20 984 doğulan körpə qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsiməlumat yayıb.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə bu göstərici 13 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

Bu ilin yanvar-fevral aylarında ölkədə 13 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

Son xəbərlər

Orphus sistemi