Bu il İTSDA-ya ən çox vətəndaş müraciəti Prezident Administrasiyasından yönəldilib

Bu il İTSDA-ya ən çox vətəndaş müraciəti Prezident Administrasiyasından yönəldilib Bu ilin yanvarın 1-dən indiyədək ən çox Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 3340 müraciət daxil olub.
Sağlamlıq
20 iyun 2023 09:17
Bu il İTSDA-ya ən çox vətəndaş müraciəti Prezident Administrasiyasından yönəldilib

"Bu ilin yanvarın 1-dən indiyədək ən çox Prezident Administrasiyası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) 3340 müraciət daxil olub".

"Report" xəbər verir ki, bunu Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin vətəndaş müraciətləri şöbəsinin müdiri İlham Hüseynov deyib.

Onun sözlərinə görə, müraciətlərin 2966-sı ərizə, 374-ü isə şikayət formasında daxil olub: "Bunlardan 270-i həllini tapıb, 106-sı qismən təmin edilib, 512-nə müvafiq izahat verilib, 1-nə dövlət proqramlarında icrası nəzərdə tutulub".

Şöbə müdiri həmçinin bildirib ki, müraciətlərdən 206-sı hazırda icradadır, 2010-u baxılmaq üçün aidiyyəti təşkilata göndərilib və 17-si isə baxılmamış saxlanılıb.

Diqqətə çatdırılıb ki, qeyd edilən dövrdə Milli Məclisdən 246, Nazirlər Kabinetindən 327, digər təşkilatlardan isə 297 müraciət yönəldilib.

Son xəbərlər

Orphus sistemi