Bu il Hepatit B və C virusu aşkarlanan xəstələrin 33-ü çox ağır vəziyyətdə olub

Bu il Hepatit B və C virusu aşkarlanan xəstələrin 33-ü çox ağır vəziyyətdə olub Rayonlar arasında Ağcabədi, Kürdəmir, Yevlaxdan daha çox müraciətlər daxil olur
Sağlamlıq
28 İyul , 2017 12:25
Bu il Hepatit B və C virusu aşkarlanan xəstələrin 33-ü çox ağır vəziyyətdə olub
Report.az

Bakı. 28 iyul. REPORT.AZ/ Bu ilin 6 ayı ərzində Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyaya 838 nəfər müraciət edib.

"Report" xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin hepatit şöbəsinin müdiri, komissiyanın üzvü Ziyafət Tağıyeva deyib.

Z.Tağıyeva bildirib ki, onlardan 129 nəfərində virus aşkarlanmayıb: "Yerdə qalanlardan hepatit B virusuna yoluxan 171 nəfər, Hepatit C isə 502 nəfər təşkil edib. Hepatit A ilə xəstələnmə cəmi 7 nəfərdə, Miks infeksiyası üzrə Hepatit B+D ilə 9 nəfər, Hepatit B+ C üzrə 20 nəfərdir. Bu il Hepatit B və C virusu aşkarlananların 33-ü çox ağır vəziyyətdə olub. Xəstəlik 55% kişilərdə, 45% qadınlarda aşkar edilib. Bu virusun aşkarlanmasına müxtəlif yaş qruplarında rast gəlinir”.

Z.Tağıyeva qeyd edib ki, bu il orqanizmdə virusun aşkarlanması üçün müayinə üsulu olan ZPR-zəncvirvari polimeraza reaksiya aparılır: "364 nəfər adam ZPR analiz olunub. Rayonlar arasında Ağcabədi, Kürdəmir, Yevlaxdan daha çox müraciətlər daxil olur. Gəncə, Naxçıvan, Mingəçevir kimi şəhərlərdə böyük xəstəxanalar olduğu üçün müvafiq müalicələri aparılır, ona görə ağır vəziyyətdə komissiyaya gətirilmir".

"Komissiya yarandığı gündən bu günə kimi 7 043 nəfər müraciət edib. Onların 2 mini Hepatit B, 5 mindən çoxu isə Hepatit C ilə bağlı olub. Onun sözlərinə görə, komissiyaya müraciət edənlərin 5 mindən çoxu pulsuz dərmanlarla təchiz olunub"- deyə o, əlavə edib. 

Son xəbərlər

Orphus sistemi