Bu il altı şəhərdə yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatacaq

Bu il altı şəhərdə yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatacaq Gələn il Füzuli və Qəbələdə rayon mərkəzi xəstəxanaları istifadəyə veriləcək
Sağlamlıq
1311
30 Yanvar , 2018 09:33
Bu il altı şəhərdə yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatacaq

Bakı. 30 yanvar. REPORT.AZ/ “Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısının sözlərinə görə, eyni zamanda, Füzuli rayonunda və Qəbələ şəhərində rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaq ki, bu xəstəxanalar 2019-cu ildə istifadəyə verilsin: “Ancaq onu da qeyd etməliyəm ki, həm Füzuli, həm də Qəbələ rayonlarında vaxtilə müasir diaqnostika mərkəzləri istifadəyə verilib. Yəni, orada keyfiyyətli tibbi xidmət almaq üçün imkanlar var, sadəcə olaraq, yeni xəstəxanaların tikintisi təmin ediləcək”.

Ölkə rəhbəri vurğulayıb ki, keçən il 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib: “Bu da bildiyimə görə, dünya praktikasında yeganə bir hadisədir ki, biz bunu edirik. Əlbəttə ki, bu il də vətəndaşlar bu gözəl imkanlardan istifadə etməlidirlər və artıq edirlər. Mən əvvəlki illərdə rayon mərkəzi xəstəxanalarının açılışı zamanı demək olar ki, həmişə vətəndaşlara üz tutaraq onları bu məsələyə dəvət edirdim. Bu gün isə artıq bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün müasir avadanlıq, müasir xəstəxanalar var və şadam ki, vətəndaşlar bu imkanlardan istifadə edirlər”.

Son xəbərlər

Orphus sistemi