Britaniyalı alimlər koronavirus pandemiyasının nə vaxt başa çatacağını açıqlayıb

Britaniyalı alimlər koronavirus pandemiyasının nə vaxt başa çatacağını açıqlayıb Koronavirus ən azı qarşıdakı 5 il ərzində ciddi təhlükə mənbəyi olaraq qalacaq.
Sağlamlıq
455
4 Dekabr , 2021 16:59
Britaniyalı alimlər koronavirus pandemiyasının nə vaxt başa çatacağını açıqlayıb

Koronavirus ən azı qarşıdakı 5 il ərzində ciddi təhlükə mənbəyi olaraq qalacaq.

“Report” xəbər verir ki, belə bir qənaətə Böyük Britaniya hökumətinin Fövqəladə Vəziyyətlər Elmi Məşvərət Qrupunun (SAGE) ekspertləri gəlib.

Belə ki, sözügedən müddət ərzində səhiyyəyə təhdid yaradacaq koronavirusa qarşı peyvəndləmə və monitorinq vasitəsilə cavab tədbirləri görməyin vacib olacağı bildirilib. Lakin peyvəndləmə və sair cavab tədbirləri yetərsiz olsa, bu müddət arta da bilər.

Böyük Britaniyada aparılan geniş əhatəli peyvəndləmə işləri nəticəsində koronavirusa yoluxma ilə bağlı vəziyyətin nisbətən sabitləşdiyi də diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi