Britaniyada nadir xəstəlik aşkarlanıb

Britaniyada nadir xəstəlik aşkarlanıb Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar.
Sağlamlıq
3212
8 May , 2022 05:14
Britaniyada nadir xəstəlik aşkarlanıb

Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar.

“Report”un məlumatına görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) xəbər yayıb.

Yoluxmuş şəxs bu yaxınlarda Nigeriyada olub. Səlahiyyətlilər onun virusa orada yoluxduğunu ehtimal edir.

Qey edək ki, "meymun çiçəyi" virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı bir virusdan qaynaqlanır.

Bununla birlikdə, elm adamları bu virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi