BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxarıb

BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxarıb BMT-nin Narkotik vasitələr üzrə komissiyası tibbi marixuana və onun törəmələrini təhlükəli narkotiklər kateqoriyasından, yəni Narkotik vasitələr haqqında 1961-ci il IV Vahid Konvensiya siyahısından çıxarıb.
Sağlamlıq
858
3 Dekabr , 2020 12:35
BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxarıb
0 : 00
0 : 00

BMT-nin Narkotik vasitələr üzrə komissiyası tibbi marixuana və onun törəmələrini təhlükəli narkotiklər kateqoriyasından, yəni Narkotik vasitələr haqqında 1961-ci il IV Vahid Konvensiya siyahısından çıxarıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “New York Times” yayıb.

Bildirilib ki, səsvermədə iştirak edən 53 üzv ölkədən 27-si - ABŞ və Aİ ölkələr daxil olmaqla - bu qərarın lehinə, 25-i - Rusiya və Çin daxil olmaqla - əleyhinə səs verib. Yalnız Ukraynanın bitərəf qaldığı vurğulanıb.

Qərar Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilin yanvarında verdiyi tövsiyə əsasında qəbul edilib.

Son xəbərlər

Orphus sistemi