BMT: 500 milyondan çox insan pandemiya səbəbindən yoxsulluqla üzləşə bilər

BMT: 500 milyondan çox insan pandemiya səbəbindən yoxsulluqla üzləşə bilər Dünyada yarım milyarddan çox insan pandemiya səbəbindən ifrat yoxsulluğa düçar ola bilər.
Sağlamlıq
12 Dekabr , 2021 16:15
BMT: 500 milyondan çox insan pandemiya səbəbindən yoxsulluqla üzləşə bilər

Dünyada yarım milyarddan çox insan pandemiya səbəbindən ifrat yoxsulluğa düçar ola bilər.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı (DB) məlumat yayıb.

12 dekabr Beynəlxalq Ümumdünya Sağlamlıq Əhatə Günü ilə bağlı yayılan hesabatda pandemiyanın səhiyyə xidmətlərini pozduğu və səhiyyə sistemlərinin həddindən artıq gərginləşdiyi qeyd edilir. Bu səbəbdən son 10 ildə əhalinin immun sistemi zəifləyib, vərəm və malyariyadan ölüm halları artıb.

Hesabata görə, pandemiya ümumi sağlamlıq əhatəsinə doğru qlobal tərəqqinin iyirmi illik fəaliyyətini dayandıracaq. Bu, həmçinin 1930-cu illərdən bəri ən pis iqtisadi böhrana səbəb olub və insanların müalicə üçün pul ödəməsini çətinləşdirib.

Yoxsulluğun artması, gəlirlərin azalması və hökumətlərin getdikcə çətinləşən vergi gəlirləri ilə üz-üzə qalması maliyyə təzyiqlərini gücləndirəcək.

ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus dövlətləri səhiyyə xidmətlərinə ictimai çıxışı sürətləndirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi