Birinci vitse-prezidentin təşəbbüsü ilə təmir olunan Masallı Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib

Birinci vitse-prezidentin təşəbbüsü ilə təmir olunan Masallı Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib Xəstəxana 10 korpusdan ibarətdir
Sağlamlıq
127
19 Oktyabr , 2017 16:48
Birinci vitse-prezidentin təşəbbüsü ilə təmir olunan Masallı Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə təmirinə başlanılan Masallı Rayon Mərkəzi Xəstəxanası bu gün əhalinin istifadəsinə verilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə açılan xəstəxana 223 min əhaliyə tibbi xidmət göstərəcək.

Nazirlikdən bildirilib ki, Masallının Mərkəzi Rayon Xəstəxanası 10 korpusdan ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxıldır.

Xəstəxanada 206 həkim, 454 nəfər orta tibb işçisi, 326 nəfər kiçik tibb işçiləri olmaqla, ümumilikdə, 986 tibb işçisi çalışır. Xəstəxanada keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub.

Belə ki, KT, müasir Rentgen, Flüoroqrafiya, USM müayinə aparatları, exokardioqrafiya, Hemodializ aparatları, ən müasir Süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasion otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və.s tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi