Bir gündə 363 mindən çox şəxsdə COVID-19 aşkarlanıb

Bir gündə 363 mindən çox şəxsdə COVID-19 aşkarlanıb ​​​​​​​Dünyada COVID-19-a yoluxanların sayı 109, 59 milyon nəfəri ötüb
Sağlamlıq
18 Fevral , 2021 23:19
Bir gündə 363 mindən çox şəxsdə COVID-19 aşkarlanıb

Dünyada COVID-19-a yoluxanların sayı 109, 59 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 109 594 835 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 424 060 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 363 654 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 9 619 pasiyent təhlükəli infeksiyadan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi