Bakıda Çin vətəndaşının istehsal etdiyi bulkaların satışı qadağan olundu

Bakıda Çin vətəndaşının istehsal etdiyi bulkaların satışı qadağan olundu Bİnəqədidə unlu-qənnadı məmulatların istehsalı müəssisəsinə baxış keçirilib.
Sağlamlıq
14 Yanvar , 2021 10:40
Bakıda Çin vətəndaşının istehsal etdiyi bulkaların satışı qadağan olundu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) paytaxtın Binəqədi rayonu, Biləcəri ŞTQ, Binəqədi şosesi, Yeni yaşayış massivi, Şimal küçəsi, döngə 4 ünvanında fəaliyyət göstərən unlu-qənnadı məmulatların istehsalı müəssisəsində antisanitar şəraitdə məhsulların istehsalı və satışı barədə məlumat daxil olub.

AQTA-dan "Report"a verilən məlumata görə, unlu-qənnadı məmulatların istehsalı müəssisəsinə baxış keçirilib.

Baxış zamanı müəyyən edilib ki, fiziki şəxs Çin Respublikası vətəndaşı Xuefeng Ye-ə məxsus müəssisədə kustar üsulla “Bakı bulka” və “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsullarının istehsalı və satışı həyata keçirilir. İlkin baxış keçirilən zaman müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.

Yoxlama zamanı müəssisədə üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin düzgün qeyd edilmədiyi və qanunvericiliyin tələblərinin pozularaq məhsulların istehsal tarixinin 3-5 gün sonraya, saxlama müddətinin isə 72 saat olmasına baxmayaraq standartların və normativ texniki sənədlərin tələbləri pozularaq 30 gün qeyd olunur. Qanunsuz fəaliyyət göstərən müəssisədə 1850 ədəd qablaşdırmada “Bakı bulka” və 312 ədəd qablaşdırmada “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsulları aşkarlanıb və dövriyyədən çıxarılaraq satışı qadağan edilib.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi