Biləsuvar rayonunda karantin rejimi ilə bağlı maarifləndirmə işləri görülür.
"Report"un Muğan bürosunun məlumatına görə, gənc üzvlərdən ibarət İctimai Nəzarət qrupları qələbə sevincini Biləsuvar sakinləri ilə bölüşüblər. Gənclər sakinləri karantin rejiminə əməl etməyə, qoruyucu maska taxmağa və ara məsafəsi saxlamağa dəvət ediblər.
Eyni zamanda koronavirusdan qorunmağın yolları haqqında bukletlər paylanılaraq maarifləndirmə aparılıb. Həmçinin gənclər arasında sorğu da keçirilməkdədir.
Qeyd edək ki, Biləsuvar rayonunda sərt karantin rejimi tətbiq edilib.