"Bəzi qüvvələr istəyir ki, insanlar koronavirusa inanmasın" - RƏY

"Bəzi qüvvələr istəyir ki, insanlar koronavirusa inanmasın" - RƏY 6 aydan çoxdur ki, dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Amma hələ də dünyanın bir sıra yerlərində, o cümlədən Azərbaycanda bu xəstəliyə inanmayan insanlar var. Əhalinin əksəriyyəti bu xəstəliyin təhlükəli olmadığını düşünür. Gündəlik yoluxma statistikası isə vəziyyətin necə ciddi olduğundan xəbər verir.
Sağlamlıq
1 İyun , 2020 15:39
Bəzi qüvvələr istəyir ki, insanlar koronavirusa inanmasın - RƏY
Report

6 aydan çoxdur ki, dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Amma hələ də dünyanın bir sıra yerlərində, o cümlədən Azərbaycanda bu xəstəliyə inanmayan insanlar var. Əhalinin əksəriyyəti bu xəstəliyin təhlükəli olmadığını düşünür. Gündəlik yoluxma statistikası isə vəziyyətin necə ciddi olduğundan xəbər verir. 

Bəs görəsən, ölkədə insanların çoxu niyə koronavirus xəstəliyinə inanmır və laqeydliyin səbəbləri nələrdir?

Mövzu ilə bağlı "Report"a açıqlama verən tanınmış sosioloq-şair Əhməd Qəşəmoğlu koronavirusa inanmayanlarla çox ciddi mübarizə aparmaq lazım olduğunu bildirib.

Onun sözlərinə görə, insanlar maska taxmağı özlərinə sığışdırmır:

"Dünən getdiyim yolda qarşıma çıxan adamlardan cəmi 7-nin maskası vardı ki, onlardan da 3-4-ü onu çənəsinə salmışdı. Hamı da mənə maska taxdığıma görə kənardan qəribə baxırdı. Bu, ciddi bəladır. Burada bir neçə faktor əsas rol oynayır. Bizim əhalinin inanmaqla bağlı problemləri var. Birincisi, etinasızdırlar ki, bu da yaxşı əlamət deyil. İkincisi, kafe və şadlıq saraylarının sahibləri, şou-biznes nümayəndələri, mollalar hər cür dəridən qabıqdan çıxırlar ki, camaat arasında koronavirusun olmaması ilə bağlı fikir yaratsınlar. Digər tərəfdən, bu cür vəziyyətin yaranması düşmənlər üçün də arzuolunandır. Onlar istəyir ki, xəstəlik çox yayılsın. Gündəlik statsitika da göstərir ki, yoluxanların sayı xeyli artıb. Bir vaxtlar gündə 20-25 xəstə aşkar olunurdusa, indi bu rəqəmlər 10 dəfə artıb. Bütün bunlar ona görədir ki, bizim əhalini kobud da desək, bir az tərbiyələndirmək lazımdır. Bizim xalq gözəl xalqdır. Yəni xalqla əhalini qarışdırmayaq". 

Əhməd Qəşəmoğlu
Əhməd Qəşəmoğlu

"50-60 yaşında adam, ya elə cavan nəsil görürsən ki, sağa-sola tüpürə-tüpürə gəzir. Yaxud da asqıranda-öskürəndə ağzını bağlamayan kim, qucaqlaşıb öpüşən kim. Onlardan soruşuram ki, bəs koronavirusdan qorxmursuz? Mənə təəccüblə baxıb deyirlər ki, ağsaqqal sən bilməzsən, bunlar oyundur. Hardan bildiklərini soruşanda da başlayırlar ki, biz bilirik. Elə bilirlər ki, mənim bu olanlardan xəbərim yoxdur. Yəni camaat arasında ictimai rəyi “yanlış” formalaşdıran və buna maraqlı qüvvələr var. Bəzi insanların özü bu barədə gerizəkalılıq edirlər. Xalqın taleyi üçün hər hansı bir məsələdə maarifləndirmə effekt vermirsə, orada inzibati metodlara keçmək lazımdır. Cərimə və ya hansısa cəza tətbiq edilməlidir. Başqa yolu yoxdur. Adama deyirsən ki, bu sənin ziyanınadır, etmə, başlayırlar səni lağa qoymağa. Yəni ciddi mənada tədbir görmək lazımdır. Bura İran deyil ki, küçədə şallaqlayaq, amma yolunu tapmaq lazımdır", - sosioloq bildirib.

Son xəbərlər

Orphus sistemi