“Bestcomp Group” koronavirusla mübarizəni dəstəklədi

“Bestcomp Group” koronavirusla mübarizəni dəstəklədi Azərbaycanın aparıcı İT şirkəti “Bestcomp Group” ölkə başçısının təşəbbüsünü tam dəstəkləyərək, COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda aparılan preventiv tədbirlərə qoşulub.
Sağlamlıq
21 Mart , 2020 20:22
“Bestcomp Group” koronavirusla mübarizəni dəstəklədi

Azərbaycanın aparıcı İT şirkəti “Bestcomp Group” ölkə başçısının təşəbbüsünü tam dəstəkləyərək, COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda aparılan preventiv tədbirlərə qoşulub.

“Report”un məlumatına görə, şirkətin Müşahidə Şurası, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürməyə qərar verib.

“Bestcomp Group” cəmiyyət qarşısında məsuliyyətini dərk edərək və pandemiya ilə mübarizədə Təhsil Nazirliyinin qarşılaşdığı çağırışları nəzərə alaraq, “Microsoft Teams” platforması əsasında distant təhsil texnologiyaların tətbiqində fəal, təmənnasız iştirak edir. Bu platforma müəllimlərin və təhsilalanların interaktiv ünsiyyətini quraraq təhsil-tədris prosesini məsafədən təşkil etməyə imkan verir.

“Bestcomp Group” şirkətlər qrupu, Zaqafqaziya və Mərkəzi Asiya regionunda "HP Inc.", “Hewlett Packard Enterprise”, “Lenovo”, “Acer”, “Microsoft”, CISCO, “Juniper”, “Fortinet”, “Eaton”, “APC by Schneider Electric”, “Schneider Electric”, “Eltek”, “Benning”, “Radware”, “Microfocus”, “Manage Engine”, “Panduit”, “Tripp Lite”, “Artronic”, “Uniview”, “Apacer”, “Kindermann”, HID, “Monacor”, “Qualys”, “Radiflow” kimi dünyanın bir çox aparıcı istehsalçılarının “Value Added” distribütoru, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

Son xəbərlər

Orphus sistemi