Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı

Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdə rayonunda suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanan 20-yə yaxın ölmüş heyvanın cəmdəyi ilə bağlı araşdırmalara başlayıb.
Sağlamlıq
31 May , 2020 16:52
Bərdədə tapılan heyvan leşləri ilə bağlı araşdırma başladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdə rayonunda suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanan 20-yə yaxın ölmüş heyvanın cəmdəyi ilə bağlı araşdırmalara başlayıb. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib. 

Qeyd olunub ki, məsələ ilə bağlı məlumat daxil olduqdan dərhal sonra AQTA əməkdaşları araşdırmalara başlayıb: "Hazırda müvafiq qurumlarla birgə hadisənin başvermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi