Bərdədə koronavirusa qarşı dezinfeksiya işləri görülür - FOTO

Bərdədə koronavirusa qarşı dezinfeksiya işləri görülür - FOTO Bərdə rayonunda orta məktəblərin, bağçaların, idarə və müəssisələrin binaları dezinfeksiya olunur.
Sağlamlıq
5 mart 2020 21:25
Bərdədə koronavirusa qarşı dezinfeksiya işləri görülür - FOTO

Bərdə rayonunda orta məktəblərin, bağçaların, idarə və müəssisələrin binaları dezinfeksiya olunur.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonda orta məktəblərin, bağçaların, idarə və müəssisələrin inzibati binalarının dezinfeksiyası işləri aparılır.

Koronavirusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə komissiya yaradılıb.

Bərdə Rayon İcra Hakimiyyətindən “Report”un Qarabağ mərkəzinə bildirilib ki, martın 3-dən 9-na kimi bütün təhsil müəssisələrində sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirləri həyata keçirilir. Tədbirlər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib olunmuş qrafik əsasında aparılır.

Hazırda rayonun 32 körpələr evi-uşaq bağçası, 75 tam orta məktəbi, 1 internat tipli məktəb, kollec, peşə məktəbi, bir sıra xəstəxanalarda, mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə dezinfeksiya işləri görülür.

Son xəbərlər

Orphus sistemi