Bərdədə ət satışı mağazasında mənşəyi məlum olmayan 29 kq ət aşkarlanıb

Bərdədə ət satışı mağazasında mənşəyi məlum olmayan 29 kq ət aşkarlanıb Bərdədə ət satışı mağazasında mənşəyi məlum olmayan ət aşkarlanıb.
Sağlamlıq
11 May , 2023 12:15
Bərdədə ət satışı mağazasında mənşəyi məlum olmayan 29 kq ət aşkarlanıb

Bərdədə ət satışı mağazasında mənşəyi məlum olmayan 29 kq ət aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən aparılmış reyd zamanı Bərdə rayonu, Güloğlular kəndində fiziki şəxs Quliyev İxtiyar İlham oğluna məxsus ət satışı mağazasına baxış keçirilib.

Yoxlama zamanı mağazada baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan 29 kq ət aşkarlanıb.

Həmçinin aparılan araşdırmalar zamanı sahibkarın istehlakçıları aldadaraq, camış ətinin dana əti adı altında satışa çıxardığı müəyyən edilib. Sınaqların aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyularaq dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi