Bərdə Rayon Doğum Evinin baş həkimi: "Körpə ana bətnində ölüb" - VİDEO

Bərdə Rayon Doğum Evinin baş həkimi: "Körpə ana bətnində ölüb" - VİDEO Baş həkim xəbərə münasibət bildirib
Sağlamlıq
361
10 Yanvar , 2019 16:33
Bərdə Rayon Doğum Evinin baş həkimi: Körpə ana bətnində ölüb - VİDEO

Bərdə. 10 yanvar. REPORT.AZ/ Bərdə Rayon Doğum Evinin baş həkimi doğuş zamanı körpə ölümü ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Bərdə Rayon Doğum Evinin baş həkimi Tünzalə Quliyevanın "Report"un Qarabağ bürosuna verdiyi məlumata görə, Tərtər rayon sakini, 26 yaşlı Məhərrəmli Aysel Elçin qızı hamiləliyin patalogiyasi ilə doğum evinə gətirilib: "Əməliyyatdan əvvəl hamilə qadın Aysel Məhərrəmli ultrasəs müayinəsindən keçirilib və körpənin ana bətnində ölü olduğu müəyyən edilib. Ananın vəziyyəti ağır və körpənin çəkisi böyük olduğundan qadın əməliyyat edilərək ölü uşaq ana bətnindən götürülüb".

Baş həkim əlavə edib ki, A.Məhərrəmli Doğum Evinin Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi