​Bayram günlərində "Təcili tibbi yardım"a müraciətlərin statistikası açıqlanıb

​Bayram günlərində "Təcili tibbi yardım"a müraciətlərin statistikası açıqlanıb Çağırışlar əsasən ürək-damar sistemi və mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi ilə əlaqədar olub
Sağlamlıq
400
23 Mart , 2015 11:29
​Bayram günlərində Təcili tibbi yardıma müraciətlərin statistikası açıqlanıb

Bakı. 23 mart. REPORT.AZ / Bakıda bayram günləri ərzində "Təcili tibbi yardım"a müraciət edənlərin sayında 15 faiz artım olub. Bu barədə "Report"a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, çağırışlar əsasən ürək-damar sistemi və mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi ilə əlaqədar olub.

Baş həkim həmçinin qeyd edib ki, bayram günlərində çağırışların çoxalmasına ambulator poliklininka sistemi və dövlət xəstəxanalarının bu günlərdə növbətçi sistemi ilə işləməsi və ya işləməməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi